“Statoil Azerbaijan” şirkətində kütləvi ixtisarlar
Bizi izləyin

Ekopublika.az

“Statoil Azerbaijan” şirkətində kütləvi ixtisarlar

Yeni ildən “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin kütləvi ixtisarına start veriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Caspian Barrel-ə neft sənayesindəki mənbələrdən məlumat daxil olub. Bildirilib ki, gələn ilin yanvar ayından Norveç şirkəti Bakıdakı ofisinin əməkdaşlarının təqribən yarısını azaltmaq niyyətindədir. Hal-hazırda “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin sayı 40 nəfərə yaxındır. Qeyd edək ki, “Statoil Azerbaijan” şirkətinin işçilərinin azaldılması təkcə neftin qiymətlərinin cari ildə 45%-dək ucuzlaşması səbəbi ilə əlaqədar deyil. Belə ki, bir il ərzində Norveç şirkəti Azərbaycanın ən iri qaz layihəsi olan “Şahdəniz”dəki və Cənubi-Qafqaz boru kəməri layihəsindəki payını əvvəlcə 25,5%-dən 15,5%-ə endirdi, sonra isə bu layihələri tamamilə tərk etmək qərarına gəldi.

Hazırda “Statoil” Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrində müvafiq olaraq 8,6% və 8,7% payla təmsil olunur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm