Rubl bahalaşıb, neft ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Rubl bahalaşıb, neft ucuzlaşıb

Moskva birjasında rublun məzənnəsi bazar ertəsilə müqayisədə qalxaraq 55,9 səviyyəsinə çatıb. Avronun kursu 63,1 rubl təşkil edir.

Publika.az xəbər verir ki, birja dilerlərinə görə, neft qiymətlərinin aşağı düşməsi ilin sonunda rublun əhəmiyyətli ucuzlaşmasını önləmək istəyən Mərkəzi Bank və Maliyyə Nazirliyini xarici valyutanı satmağa sövq edir.

Bundan əvvəl neft bir qədər də ucuzlaşıb. Çərşənbə axşamı Brent markalı neftin bir barelinin qiyməti 57,3 dollara çatıb.

Dekabr ayında OPEK təşkilatı qiymətləri qorumaq məqsədilə hasilatı ixtisar etməyəcəyini bəyan edib.

Bir çox təhlilçilər 2015-ci ildə neftə tələbatın azalacağını proqnoz edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm