Ekopublika.az
Azərbaycanlı alimlər dəniz suyunu qaza çevirdilər
Azərbaycanlı alimlər dəniz suyundan
məişət qazı əldə etməyin texnologiyasını işləyib
hazırlayıblar.
Bu texnologiya və müvafiq avadanlığın prototipi
Bakıda “İntellektual mülkiyyət və innovasiyalar” I Respublika
sərgisində nümayiş etdirilib.
Azərbaycanlı alimlər Mürvət Qəribov və Əhəd
Bağırov layihənin reallaşdırılmasının
təşəbbüskarıdırlar.
Ə.Bağırovun Trend-ə bildirdiyi kimi, yeni
texnologiyadan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan
50 dəfə təmizdir, onun kaloriliyi isə iki dəfə
çoxdur.
Alim qeyd edib ki, "yeni texnologiyanın üstünlüyü
ondan ibarətdir ki, təbii qazın istehsalı üçün xammal tükənməzdir.
Bundan başqa, istehsalatın genişləndirilməsi üçün qeyri-məhdud
imkanlar mövcuddur. Yüksək faydalı iş əmsalı göstərilən metodun
iqtisadi səmərəliliyindən xəbər verir".
M.Qəribov bildirib ki, istehsal prosesində xammal
kimi istifadə olunan dəniz suyu son nəticədə natrium hipoxlorid
məhluluna çevrilir ki, ondan həm ümumi, həm də suyun dezinfeksiya
edilməsi zamanı istifadə edilir.
Alim texnologiyanın patentləşdirildiyini deyib:
“Məişət qazının alınması üçün bu ekoloji təmiz metod ətraf mühitin
mühafizəsində və qlobal istiləşmə ilə mübarizədə mühüm rol
oynayacaq. Layihə üzərində son 10 il ərzində iş aparılıb. Əvvəlcə
qazın tərkibindəki karbohidrogenin səviyyəsi 1,4 faiz təşkil
edirdi. Biz bu göstəricini 85 faizə yüksəltməyə nail olduq. Buna
baxmayaraq, birinci metod vasitəsilə alınan məişət qazının yanma
sürətinin təbii qazın yanma sürətinə bərabər olmasına baxmayaraq,
bu, bizim üçün mühüm amildir. Fikrimcə, bu göstəricini 100 faizə
çatdırmaq üçün bizə ən azı bir il vaxt lazım gələcək”.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ