• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Müştərisiz bazar və od tutan qiymətlər - REPORTAJ

Müştərisiz bazar və od tutan qiymətlər - REPORTAJ

Satıcı: “Alıcıya görə qiymətləri aşağı salan deyilik ki”

Zaman-zaman biz jurnalistlər paytaxtın müxtəlif ərazilərində yerləşən bazarlardan reportaj hazırlayırıq. Bu dəfə isə Salyan bazarından reportaj hazırlamaq qərarına gəldik.

Bayram ərəfəsi Salyan bazarına girdikdə sanki bazarda bayram ab-havası yox idi.

“Alıcıları da qınamıram”

İlk olaraq 20 ilə yaxındır satıcılıq edən Rəna xala ilə söhbətləşdik. O, bildirdi ki, bazarda adamın az olması normaldır. Çünki insanlar istədiklərinin hamsını ala bilmirlər: “Əvvəlki illərdə bazarda adam əlindən tərpənmək olmurdu. İndi isə alıcı gəlib mal alanda sevinirik. Əslində alıcıları da qınamaq düz deyil. Çünki kimisi ərzaq alanda birini alır, iksini almağa pulu çatmır. Hətta puluna qənaət edib az ərzaq alanlar da var ki, bayramdan sonra da dolanmaq üçün pulları qalsın. Həyat yoldaşım rəhmətə gedib. Burda satıcı olmaqla deyil, evdə əlimə baxanlar, pul gözləyənlər var. Həm yer pulunu, həm də dolanışıq pulunu çıxarmalıyam. Satdıqlarımı hesab edəndə bir ayda mənə qalan 200 manat olur, o da yaxşı bazarlıq olanda. Vallah, məcburiyyətdən işləyirəm”.

Rayon bazarında qiymətlər heç də ucuz deyil

Kartofunun qiyməti 1 manat, göyərtinin 10 dəstəsi 1 manat, 1 kiloqram Qızıləhmədi alması 1-2 manat, 1 kiloqram naringi 1 manat 50 qəpik, 1 kiloqram portağalın qiyməti 1 manat - 1 manat 50 qəpik arasındadır. Banan 2 manat – 2 manat 30 qəpiyə, pomidor 80 qəpik, limonun 5 ədədi 1 manata, İrandan gətirilən ananas 4 manat, armud 2-3 manat, xurma 50 qəpik, kök 80 qəpikdir.

“Bayram bitəcək, alver öləcək”

Bekarçılqıdan telefonunda oyun oynayan Əli isə deyir ki, alverin olmaması onu da narahat edir: “Bayram ərəfəsi olduğu üçün alıcının artmasını ümid edirdik. Amma heç bir fərq olmadı, alıcı azdır. Qiymətlər də yüksək deyil, bayramdır deyə artım yoxdur. Həm də bizim millətin imkanı olsa, pulsuz götürüb gedər. Əgər bayram ərəfəsi belədirsə, bayram bitdikdən sonra alver təmiz öləcək. Bazarda onsuz da hansı alıcını danışdırsaz, qiymətdən şikayətlənələcək. Guya biz satıcılar üstünə qoyuruq, süni artım var. Amma biz marketlərdən qat-qat ucuz satırıq”.

Alıcı Bəyim isə balıqların qiymətlərindən narazıdır: “Bizim rayon balığın növləri ilə məşhurdur. Amma satıcılar bayramdı deyə qiymətləri artırırlar. Məsələn, əvvəl 7 manata aldığım balığı indi 10 manata belə ala bilmirik. Bayram olan kimi satıcılar istədiklərini edirlər. Hər tərəfdə qiymətlər ucuzlaşsa da, Salyanda əksinə qalxıb. İstədiklərini edirlər”.

Məhbubə xala isə hinduşka və qaz satır: “Hinduşkanı 15-20 manat, qazı 17 manata satırıq. Onları almaq mənimçün çətin olar. Çünki onlardan birini alıb evə aparsam, gərək alacağım ərzaqları azaldam. Onsuz da bunları kənd camaatı bayram ərzğı almaq üçün gətirib satır. Biz də alıb üstünə iki-üç manat qoyub satırıq. Bu gün 10 hinduşka, qaz almışam, cəmi 3-ü satılıb. İnanırsız, çox mal da götürmürəm ki, əlimdə qalmasın”.

Bazarı gəzə-gəzə digəri qiymətlərlə də tanış olduq. Qoz ləpəsi 14-18 manata, kişmiş 4-5, plov üçün turşu 3 manat, şahbalıd 4-6 manata, yer badamı 3 manata, badam 10 manata, gavalı qurusu 3-5 manatadır.

Ət məhsulları

Mal ətinin kilosu 5 manat, qoyun əti 7-8 manata. Hinduşka 15-20 manat, qaz 17 manatadır. Heyvanın ayaq-başı 5 manata, qarın 2 manata.


Balıq satan İlqar isə deyir ki, balıqları Neftçaladan gətiririr: “Təmiz çay balıqlarıdır, daha süni göldə saxlanan balıqlar deyil. Qiymətimiz yüksək olsa da, keyfiyyəti də yüksəkdir. Ən ucuz satdığım balığın qiyməti 11 manat, ən bahalı balığın qiyməti isə 85 manatdır. Alıcıya görə qiymətləri aşağı salan deyilik ki, istəyən alıcı alsın, istəməyən yox”.

Burada ən ucuz balıq 6 manat, bahalı balıq isə 85 manat idi.

İlhamə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR