Avro və rubl ucuzlaşır
Bizi izləyin

Ekopublika.az

Avro və rubl ucuzlaşır

Neftin qiymətinin sürətlə düşməsi özü ilə bərabər avro və rublun məzənnəsini aşağı çəkməyə başlayıb.

Publika.az xəbər verir ki, Moskva birjasında dollar 3 rubl qalxaraq 59,12 rubl təşkil edib. Avronun kursu isə 71 rubl olub. Avropa Mərkəz Bankının rəhbəri Mario Draghinin pul genişləmə ehtimalının artıq olmasını söyləməsi bazarları hərəkətləndirib. Avro dollar qarşısında 4.5 ilin ən zəif səviyyəsinə düşüb.

Avropanın pul vahidi avro 2014-cü ildə 12 faizlik enişlə 2005-ci ildən bu yana ən sərt illik itkisini yaşadı. İqtisadçılar avronun məzənnəsində bu vəziyyətin 2015-ci ildə də davam ediəcəyini deyirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm