• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Avro dollara nisbətən ucuzlaşıb

Avro dollara nisbətən ucuzlaşıb

Avro dollara qarşı 1,2 faiz ucuzlaşaraq 1 dollar 19 sent olub.

Publika.az xəbər verir ki, ekspertlərin qənaətinə görə, 2006-cı ilin mart ayından avronun dollara qarşı məzənnəsinin son 9 ilin ən aşağı göstəricisi səviyyəsinə enib.

Onlar Yunanıstandakı siyasi durumun da valyutanın dəyərinə təsir etdiyini düşünürlər.

Ehtiyat edilir ki, Yunanıstanda yanvarın 25-də keçiriləcək seçkilər, sərt iqtisadi tədbirlər paketi əleyhinə çıxış edən solçu Syriza partiyasının qələbəsilə nəticələnə bilər. Bu ehtimal Yunanıstanın beynəlxalq maliyyə yardımı şərtlərinə əməl edəcəyinə dair şübhələri gücləndirib.

Almaniyanın Der Spiegel jurnalı rəsmi Berlinin Yunanıstanın, Syriza seçkilərdə qalib gələrsə, avrozonadan çıxması ehtimalına etiraz etməyəcəyini bildirib.

Der Speigel-in məqaləsinə cavab olaraq Angela Merkel rəsmi Berlinin siyasətində heç bir dəyişikliyin baş vermədiyini və Almaniya hökümətinin Yunanıstanın Aİ və beynəlxalq maliyyə qurumları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözlədiyini bildirib.

Təhlilçilərə görə, yaxın bir neçə həftə ərzində avronun dollara qarşı zəifliyi davam edə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR