Ekopublika.az
Avrozonada qiymətlər düşüb
Rəsmi rəqəmlərə görə ötən dekabrda 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə avrozonada inflyasiya göstəriciləri mənfiyə çevrilərək qiymətlərin 0, 2 faiz enməsinə səbəb olub.
Publika.az-ın məlumatına görə, Avropa Mərkəzi Bankının avrozonanın iqtisadiyyatını stimullaşdırmaq üçün bazara müdaxilə edəcəyi gözlənilir.
Bankın inflyasiya hədəfi 2 faizdən az, lakin ona yaxındır. Qiymətlərin enməsi neft qiymətlərinin son enişi ilə əlaqədar enerji xərclərinin aşağı olması ilə bağlıdır. Ötən dekabrda enerji xərcləri bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 6, 3 faiz aşağı olub.
Əgər enerji qiymətləri nəzərə alınmazsa, dekabrda avrozona üçün inflyasiya rəqəmi 0, 6 faiz göstərilməlidir. Ərzaq, alkohol və tütün qiymətlərinin ötən illə müqayisədə noyabr ayında 0, 5 faiz yüksəldikdən sonra dəyişməz olaraq qalacağı gözlənilir.
Noyabr ayında sabit olan xidmət qiymətlərinin 2013-cü ilin dekabr ayı ilə müqayisədə 1, 2 faiz çox olacağı proqnozlaşdırılıb.
Maliyyə böhranının ən dərin həddə çatdığı 2009-cu ildən bəri bu, avrozonada yaşanan ilk deflyasiyadır. Avropa İttifaqının statistika qurumu olan Eurostat-ın proqnozlarına bu ayın sonlarında yenidən baxılacaq.
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?