Ekopublika.az
"Qanunsuz tikililərin qeydiyyatı əmlak bazarını fəallaşdırır"
Qanunsuz tikilmiş evlərin qeydiyyatı mənzil bazarında fəallığın artımına imkan yaradır. Qeydiyyat Azərbaycanda daşınmaz əmlak obyektlərinin alınması hüquqlarının əldə edilməsini təsdiqləyən sənədlər siyahısının təsdiq olunması sayəsində mümkün olacaq.
Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş
direktoru Nüsrət İbrahimov bildirib.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun qüvvəyə
minməsinə qədər alınmış və yaranmış daşınmaz əmlak obyektlərinə
hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısı
Prezident İlham Əliyev tərəfindən 2015-ci il yanvarın 13-də
təsdiqlənib.
N.İbrahimov deyib: "Bir vaxtlar tikilmiş böyük miqdarda daşınmaz
əmlak obyektləri onların sahiblərində müvafiq sənədlərin olmadığına
görə alqı-satqı və ya bankda girov müqaviləsinin predmeti ola
bilmirdi. Sənədlərin bu siyahısının təsdiqlənməsi ilə əlaqədar
Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrindən çıxarışa malik
olan daşınmaz əmlak obyektlərinin sayı artacaq, onların bir qismi
əmlak bazarında açıq satılacaq, bunun sayəsində bazarda təkliflərin
həcmi artacaq".
Onun sözlərinə görə, bu, həm də respublikada sahibkarlığın
inkişafına öz töhfəsini verəcək. Çünki mülkiyyət hüququnu
təsdiqləyən sənədi almaqla vətəndaşlar bu daşınmaz əmlakdan girov
kimi istifadə edə, bankdan kredit götürə və öz biznesini aça
biləcəklər.
Şirkətin baş direktorunun fikrincə, bu, daşınmaz əmlak bazarında
qiymətlərin sabitləşməsinə yardım edəcək: "Bizdə daşınmaz əmlak
bazarı kiçikdir. Ona görə də müəyyən xarici təsirlərə operativ
reaksiya verir. Əgər bazar məsələn, Rusiyadakı, yaxud Avropadakı
kimi böyük olsaydı, daha sabit olardı. Ona görə də mənə elə gəlir
ki, daşınmaz əmlak bazarında təklifin artması qiymətlərin
sabitləşməsinə gətirib çıxara bilər".
"MBA Group" rəhbərinin dediyi kimi, qanunsuz tikilən evlərin
qeydiyyatı ümumilikdə bir neçə il çəkə bilər və bu proseslə Əmlak
Məsələləri Dövlət Komitəsi məşğul olacaq, ancaq bu hüquq "ASAN
Xidmət"ə də verilə bilər.
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO