• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Neft Şirkəti ixtisarlar məsələsinə aydınlıq gətirdi

Neft Şirkəti  ixtisarlar məsələsinə aydınlıq gətirdi

Bəzi KİV-lərdə Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azəriqaz” İstehsalat Birliyində və “Neftqaztikinti” Trestində 2015-ci ildən kütləvi ixtisarlar aparılması ilə bağlı xəbərlər yayılıb. Bu məlumatlarda xüsusilə vurğulanır ki, ixtisarlar neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır.

Publika.az "Caspian Barrel"ə istinadən bildirir ki, SOCAR-ın İnsan Resursları Departamenti məsələyə aydınlıq gətirib. Bildirilib ki, hər iki qurumda hazırda kadr dəyişikləri, müəyyən ixtisarların aparılması gündəmdədir: “Ancaq bunun neftin qiymətinin dünya bazarında aşağı düşməsi və ya şirkətin hər hansı maliyyə problemi ilə əlaqəsi yoxdur. Şirkətdəki bu proses ötən ildən başlamış struktur islahatlarının təkmilləşdirilməsi prosesinin davamıdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyində SOCAR üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçir və bu məqsədlə rayon Qaz İdarələri Regional Qaz İdarələri ilə əvəz olunur. Təbii ki, bu zaman bir-birini əvəzləyəcək ştatlar ləvğ olunur. İkinci bir məsələ isə “Azəriqaz” İstehsalah Birliyinin Qaz Satış sisteminin avtomatlaşdırılması ilə əlaqədardır. Belə ki, əvvəllər bu qurumda çoxlu sayda əməkdaş çalışırdı. İndi isə artıq 70% qaz satışı smart-kart tipli sayğaclar vasitəsilə həyata keçirilir. Belə olan halda təbii ki, bu qurum da yeni dövrün tələblərinə uyğun qurulmalıdır. Başqa bir tərəfdən, “Azəriqaz” 2011-2014-cü illərdə ölkənin qazlaşdırılması üçün böyük işlər görmüş və bunun üçün işçi heyətini artırmışdı. Hazırda həmin işlərin böyük hissəsi yekunlaşıb”.

SOCAR-dan bildirilir ki, “Neftqaztikinti” Trestində vəziyyət idarəetmənin struktur islahatlarının təkmilləşdirilməsindən doğur. Bu trestin çoxsaylı montaj-tikinti idarələri var. Hazırda onların üçpilləli idarəetmədən ikipilləli idarəetməyə keçirilməsinə başlanılıb. Məqsəd daha çevik mexanizmə malik bir trest yaratmaqdır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR