Qızılın qiyməti yenə qalxdı
Bizi izləyin

Ekopublika.az

Qızılın qiyməti yenə qalxdı

Dünya birjalarında qızılın qiyməti yenə bahalaşıb. Buna İsveçrə Milli Bankının frankın məzənnəsini sərbəst buraxması səbəb olub. Son dörd ayın ən yüksək səviyyəsinə qalxan qızılın 1 unsiyası 1277 dollardır.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: “Qiymətli metalın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi keçib. İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollara, unsiyası isə 1277 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artan qızıl son ayda 6 faiz bahalaşıb. Qızıla tələbatın artması onun dünya bazarında qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəlib. 24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. 2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə də qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır”.

Ekspert deyir ki, qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da, hələlik kəskin yüksəliş gözlənilmir: “Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır.

Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm