Pula pul deməyənlər
Bizi izləyin

Ekopublika.az

Pula pul deməyənlər

“Varlılarla yoxsullar arasındakı uçurum acınacaqlı vəziyyətə çatıb”.

Publika.az xəbər verir ki, bu barədə Davosda keçiriləcək Dünya İqtisadi Forumundan əvvəl “Oxfam”ın hazırladığı hesabatda deyilir.

Hesabata görə, 2008-ci ildəki qlobal böhrandan sonar zənginlərin sərvəti artıb, yoxsulların payı isə azalıb. Bildirlir ki, gəlir bərabərsizliyi yoxsulluqla mübarizəni qeyri-kafi edir. Məlum olur ki, qlobal sərvət son 14 ildə 263 trilyon dollara çatıb. Ən zəngin sinif qlobal sərvətin 27.5 faizinə sahibdir. 5-10 faizin aldığı pay isə 11.7 faizdir. Yəni 2014-ci ildə dünyada orta adambaşına düşən sərvət 3 min 851 dollardır.1 faizin isə adambaşına düşən sərvətinin həcmi 2.7 milyon dollardır.

4 İLDƏ 400 MİLYARD DOLLAR

Dünyanın ən zəngin 80 adamının sərvəti isə dünyanın yarısının sərvətinə bərabərdir. Yəni 80 adam 3.5 milyard insana meydan oxuyur. “Forbes”in siyahısında yer alan ən zəngin 80 adamın 2010-ci ildə sərvəti 1.3 trilyon dollar olduğu halda, 2014-cü ildə sərvətləri 1.9 trilyon dollara yüksəlib. Ən zəngin 80 adamın sərvətində 4 ildə 400 milyard dollarlıq artım baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm