Beynəlxalq Valyuta Fondu proqnozlarını açıqladı
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Valyuta Fondu proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatla bağlı proqnozlarını pisləşdirib. Fond bildirib ki, xam neftin qiymətindəki eniş iqtisadiyyatı davamlı olaraq dəstəkləməyəcək.

Publika.az xəbər verir ki, fondun “Dünya İqtisadi Görünüş Hesabatı”nda qeyd edilir ki, qlobal iqtisadiyyatdakı artım proqnozu 2015-ci ildə 3,5 faizə, 2016-ci ildə isə 3,7 faizə düşəcək.

Təşkilat ABŞ iqtisadiyyatında artım gözləntilərini 3,1 faizdən 3,6 faizə qaldırıb. 2016-cı il üzrə bu rəqəm 3 faizdən 3,3 faizə yüksəldilib. Avro bölgəsi və Yaponiyanın isə hələ də aşağı inflyasiya və durğunluqla mübarizə apardığı qeyd olunub: "2015-ci il üçün Amerika iqtisadiyyatındakı artımı 3,6 faizə yüksəltdik. Avro bölgəsindəki artımı isə 1,1 faizə, Yaponiyadakını 6 faizə endirdik.

BVF-ya görə, Amerika iqtisadiyyatı 2015-ci ildə qlobal iqtisadiyyatın lideri olacaq. Bununla bərabər, Avro bölgəsi, Çin və Yaponiyada yaşanan aşağı inflyasiya, durğunluq isə qlobal artımı yavaşladacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm