• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hər adam ayda orta hesabla 194 manat bazarlıq edir

Hər adam ayda orta hesabla 194 manat bazarlıq edir

Ötən il ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 194,7 manatlıq və ya əvvəlki illə müqayisədə 18,5 manat çox əmtəə alıb.

Publika.az xəbər verir ki, istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 97,5 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 97,2 manatlıq qeyri ərzaq malı alıb. 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 15,2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 3,3 manata bərabər olub. Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının, 18,7 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 4,7 faizi elektrik malları və mebelin, 0,6 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,4 faizi əczaçılıq və tibbi malların, 7,1 faizi avtomobil yanacağının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR