2015-ci ildə neftin qiyməti necə olacaq?
Bizi izləyin

Ekopublika.az

2015-ci ildə neftin qiyməti necə olacaq?

Neftin ucuzlaşmasından xeyir görənlər də var, ziyan çəkənlər də.

Axar.az xəbər verir ki, bu sözləri Dünya Bankının prezidenti Cim Yen Kim Davos forumundakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Nigeriya, Venesuela, Kolumbiya, Rusiya və digər neft ixtacatçıları ziyan çəkənlərdir, amma, məsələn, İndoneziya və Hindistan artıq bunun xeyrini görür.

Yen Kim bildirib ki, 2015-ci ildə neftin orta qiymətinin 60 dollar olacağı nəzərdə tutulur:

“Neftin bir barrelinin orta qiyməti 2015-ci il üçün 60 dollar olacaq. Bu isə dünya iqtisadiyyatının inkişafına töhfə verəcək”.

Xatırladaq ki, “Brent” markalı neftin bir barreli son 6 ayda 110 dollardan 50 dollara düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm