• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İpotekanın məbləği artırılacaq

İpotekanın məbləği artırılacaq

“İpoteka bankların kredit portfelinin ən sağlam hissəsidir. İpoteka Fondu yaradıldığı müddətdə 16 min ailəyə kredit verilib. Bankların xətti ilə verilən kreditləri də əlavə etsək, bu rəqəm 1,2 milyard manata yüksəlir. Təxminən 20 min ailənin kreditdən yararlanması deməkdir”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, mənzil satışının 15 faizi ipoteka vasitəsilə həyata keçirilib: “İpotekaya olan tələbat təklifi qat-qat üstələyir. Bu il sosial ipotekaya ayrılan vəsait 50 milyona çatdırılıb.Son 10 ildə ölkədə 34 milyon kvadratmetr mənzil tikintisi həyata keçirilib. Hesablamalara görə, ipotekaya qoyulan 1 manat kənar sahələrdə 5 manata qədər əlavə investisiyalara səbəb olur. Cari ildə ipotekaya aid vəsaitlərin artırılması planlaşdırılır. Bu, büdcəyə yük yaratmadan bazardan cəlb edilən vəsaitlər hesabına da ola bilər. Hazırda mexanizm belədir - Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait kredit kimi verilir, həm də fondun kapitalına çevrilir. Kapital vasitəsiylə istiqrazlar buraxılır, bazar iştirakçıları həmin istiqrazları alırlar, maliyyə vəsaitini verirlər İpoteka Fonduna. Fondda əhaliyə kommersiya ipotekası verir”.

İpoteka şərtlərinin dəyişib-dəyişməyəcəyinə gəlincə, E.Rüstəmov deyib ki, əsas hədəf ipotekanın məbləğinin artırılmasıdır: “Bu gün verilən kreditlər təkrar bazara yönəldilir. Hesab edirik ki, kreditlərə ayrılan vəsait əhəmiyyətli şəkildə atırılmalıdır. Xüsusilə kommersiya ipoteka kreditlərinə ayrılan vəsait. Hesab edirəm, sosial ipoteka kreditləri də artırılmalıdır. Əhalinin bu vəsaitlər vasitəsilə yeni tikililərdən də mənzil ala bilməsi təmin edilməlidir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR