• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bankların reklam fırıldağına son qoyulur

Bankların reklam fırıldağına son qoyulur

Azərbaycan bankları reklamlarda müştərilərin və əhaliyə yalan vədlər verə bilməyəcəklər. Milli Məclisdə müzakirə olunan “Reklam haqqında” qanun layihəsində bank və investisiya məhsullarının reklamı ilə bağlı ciddi dəyişikliklər var.

Publika.az fins.az-a istinadən xəbər verir ki, söhbət əsasən kreditlərin verilməsindən və əmanətlərin qəbulundan gedir. Belə ki, sənədə əsasən, bank məhsullarının şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən kreditlərin və əmanətlərin həm əvvəlki, həm də indiki faiz dərəcələri konkret göstərilməlidir. Məsələn, indi banklar keçirdikləri kampaniyalarda kreditlərin 3% ucuzlaşdığını bildirirlər, amma konkret olaraq faiz dərəcəsinin əvvəl neçə olduğunu və bundan sonra neçə olacağını bildirmirlər. Bundan sonra isə, banklar faiz dərəcələrinin əvvəl və sonra necə olduğunu dəqiq göstərməli olacaqlar.

Üstəlik, reklamda kampaniyanın hansı müddətdə qüvvədə olacağı da öz göstərilməlidir. Daha bir yenilik isə ondan ibarətdir ki, öz qiymətli kağızlarını satanlar köhnə göstəricilər əsasında investorlara gəlirlilik vəd verə bilməyəcəklər. Üstəlik, potensial investorlar gəlirə təsir edə biləcək bütün riskləri əvvəlcədən bilməlidir.

Həmçinin dövlət qeydiyyatına alınmamış və fond birjası tərəfindən hərraca çıxarılmamış qiymətli kağızların reklamına icazə verilməyəcək. Bundan başqa, daşınmaz əmlak tikintisi ilə məşğul olanlar onun əvvəlcədən pay şəkildə satışını o halda reklam edə bilər ki, yerli icra hakimiyyəti orqanından lazımi icazə alsınlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR