• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları 11 faiz azalıb. Hazırda bankın rəsmi valyuta ehtiyatları 12 milyard dollar təşkil edir.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında bildirib ki, ötən ilin iyulundan başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatının azalması tendensiyası davam edir: “Fevralın 1-nə Bankın valyuta ehtiyatlarının həcmi 12680.8 milyon dollar olub. Təkcə, yanvar ayında ehtiyat 1077, 5 milyon dollar və ya 7,8% azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib.

Manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib. Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb. Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması səbəbində devalvasiya gözləntilərinin artmasıdır”.

İqtisadçı bildirir ki, bazarda Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddət təzyiqə davam gətirə bilməyəcək: “ Xüsusilə də avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payı dolların xeyirən azalması müşahidə edilir. Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı çətin sınaq gözləyir.

Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyəti hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələki proseslər manatın zərərinə işləyir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR