Ekopublika.az
Azərbaycanla İran arasında neft sənayesi üzrə protokol imzalanıb
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.
Publika.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, görüş zamanı X.Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib. Bildirilib ki, səfər çərçivəsində 2014-ci ilin sentyabrında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat institutları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumun icrasının müzakirəsi məqsədilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.
İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb