Neftin bareli 110 dollara qalxacaq
Bizi izləyin

Ekopublika.az

Neftin bareli 110 dollara qalxacaq

Beynəlxalq bazarda neftin qiymətinin ucuzlaşması hələ bir müddət də davam edəcək. Lakin bu fenomen qısamüddətlidir və qiymətlər yenidən 100-110 dollar səviyyəsinə qayıdacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Fransanın "Total"ın satış və xidmət üzrə direktoru Filipp Buasso La Tribune nəşrinə müsahibəsində deyib.

Filipp Buasso bazarın neft sektoruna lazımi qədər vəsaitin yatırılmadığı riskini anlayan kimi qara qızılın qiymətinin mexaniki olaraq qalxacağını, lakin bunun nə zaman baş verəcəyinin hələ sual altında olduğunu qeyd edib. Onun fikrincə, neft və qaz bazarının dinamikasını yönləndirən əsas faktorlar dəyişməz qalıb. Neftin barrelinin 100-110 dollarlıq qiyməti “ədalətlidir” və bu səviyyəyə dönüş nisbətən tez baş verməlidir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm