VAZ-da ixtisarlar başladı
Bizi izləyin

Ekopublika.az

VAZ-da ixtisarlar başladı

Volqa Avtomobil Zavodu – VAZ və onun filialı 1900 əməkdaşın ixtisar edib.

Publika.az-ın məlumatına görə, “AvtoVAZ” açıq səhmdar cəmiyyətinin həmkarlar ittifaqının sədri Sergey Zaytsev BBC Rus xidmətinə bildiruib ki, hazırkı ixtisarlar “ötən il başlanmış istehsalatın optimallaşdırılması proqramının tərkib hissəsidir”.

“Bu proqram əsasında 2014-cü ildə AvtoVAZ-dan 7 min 500 işçini ixtisar ediblər. Hazırda fəhlələrin ixtisar edilməməsinə dair prinsipial qərar qəbul edilib. Buna görə də yanvar ayında 1100 top-menecer işdən azad olunub. Onların ixtisar olunması barədə bildirişlər yanvarın 14-dən göndərilib. Həmin vaxt zavodun kollektivi hələ Yeni il bayramından qayıtmamışdı”, - Sergey Zaytsev əlavə edib.

Zaytsevin sözlərinə görə, iş yerlərinin ixtisarı “Lada” avtomobillərinin Rusiya bazarındakı satışının azalması ilə bağlı məcburi addımdır.

Tolyatti zavodunun buraxdığı avtomobillərin satışı 2013-cü illə müqayisədə 15 faiz azalıb. Məhz buna görə də müəssisə vəsait çatışmazlığı ilə üzləşib.

Yeni kadr ixtisarları 2015-ci ildə 400 milyon rublun və ya 6 milyon dolların qənaətinə imkan verəcək. Bu pullar əməkhaqqı kimi fəhlələrə verilməlidir.

Yanvarın axırında keçirilən iclasda “AvtoVAZ”-ın prezidenti Boe Andersson deyib ki, tələbatın əhəmiyyətli dərəcədə azalacağı təqidrdə müəssisə dörd günlük iş rejiminə keçə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm