Ekopublika.az
Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri 6,2 faiz artıb
2014-cü ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü
ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı
qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və
təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz
ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi
məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz
bahalaşıb.
Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün
məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri
məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida
məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə
0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb,
rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz,
maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı
üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz,
geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz,
əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və
ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının
istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə
istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların
təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə
olunmayıb. /Trend/
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək