2015-ci ilin büdcəsi dəyişdirilə bilər - Özəl
Bizi izləyin

Ekopublika.az

2015-ci ilin büdcəsi dəyişdirilə bilər - Özəl

“Neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına təsirləri elə də böyük olmayacaq. Neftdən gələn gəlirlər büdcənin 11 faizini (2 milyard 300 milyon manat) təşkil edir”.

Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib ki, Neft Fondundan büdcəyə 10 388,0 milyon manat transfert nəzərdə tutulur:

“Neftin qiyməti 60 dollar olarsa müəyyən azalmalar baş verə bilər. Sosial layihələrdə deyil, tikinti layihələrində müəyyən ixtisarlara gedilməsi istisna edilmir”.

V.Əhmədov qonşu ölkələrdə baş verən proseslərin də müəyyən qədər təsiri olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan MDB-də yeganə dövlətdir ki, milli valyutasının kursunu qoruyub saxlayır: “Ola bilsin ki, gələcəkdə manatın məzənnəsinin yumşaldılmasına gedilsin”.

O ki qaldı ilin ikinci yarısında dövlət büdcəsinə dəyişiklik edilib-edilməyəcəyinə, millət vəkili büdcəyə yenidən baxılmasını da istisna etmir. Bununla belə, ciddi dəyişikliyin gözlənilmədiyini diqqətə çatdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm