Ekopublika.az
ABŞ Cənub Qaz Dəhlizi layihəsini yüksək qiymətləndirir
Cənub Qaz Dəhlizi Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir.
AzərTAc xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi layihəsində
iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət
Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ
Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi
elçisi və əlaqələndiricisi Amos Hoxstayn keçirdiyi mətbuat
konfransında deyib.
Azərbaycana bir neçə ay bundan öncə də səfər etdiyini xatırladan
A.Hoxstayn deyib: “Buraya gəlməkdə məqsədimiz dəhlizin
reallaşdırılmasında hansı irəliləyişlərə nail ola biləcəyimizi,
hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə etmək idi. Bu
dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm
daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki,
Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və
gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Buna görə də biz
buradayıq və bu kimi görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha
ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür.
ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji
sahəsində əməkdaşlıq isə onlardan biridir”.
A.Hoxstayn vurğulayıb ki, enerji təhlükəsizliyi Avropa ölkələri
üçün bilavasitə onların iqtisadi və milli təhlükəsizliyi deməkdir.
“Vaxtaşırı belə hallarla rastlaşırıq ki, müəyyən Avropa ölkələri
enerji təchizatı baxımından tamamilə bir təchizatçıya arxalanır.
Bakıya səfərim zamanı keçirdiyimiz görüşlərdə də nəinki enerji
təchizatının, onun çatdırılma yollarının şaxələndirilməsinin
vacibliyini də vurğuladıq. Yeni boru xətlərinin inşası, yeni
dəhlizlərin açılması ilə digər məqamlar da gündəmə gəlir. Bunlardan
biri də Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Bunun
üçün isə yolların şaxələndirməsi vacibdir”, deyə ABŞ Dövlət
Departamentinin nümayəndəsi bildirib.
Yunanıstanda qurulan yeni hökumətin Cənub Qaz Dəhlizi layihəsinin
reallaşmasına tam dəstəyini ifadə etdiyini diqqətə çatdıran
amerikalı diplomat qeyd edib ki, bu ölkənin energetika naziri də
Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin
yüksəldilməsində böyük rol oynayacaq.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT