İordaniya səfiri Şahin Mustafayevlə görüşüb
Bizi izləyin

Ekopublika.az

İordaniya səfiri Şahin Mustafayevlə görüşüb

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ş.Mustafayev səfir təyin olunması münasibətilə iordaniyalı diplomatı təbrik edib. Qeyd olunub ki, dövlət başçıları arasındakı dostluq münasibətləri, qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətlidir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar var. Belə ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaradılıb, iş adamları arasında işgüzar əlaqələr formalaşıb, biznes forum və işgüzar görüşlər keçirilib. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişlənməsində önəmli rol oynayır.

Görüşdə nazir Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırılıb.

İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. Bildirilib ki, İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. İordaniyalı diplomat ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və İordaniya arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm