ÜDM-in həcmi artıb
Bizi izləyin

Ekopublika.az

ÜDM-in həcmi artıb

2015-ci ilin ilk ayında Azərbaycanda 3,6 milyard manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4 faiz çox ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft sektorunda 5,5 faiz, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1 faiz artım qeydə alınıb.

Yanvar ayında ÜDM-in 34,0 faizi sənayedə, 10,6 faizi tikintidə, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 19,8 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm