Ekopublika.az
Qiymət artımı başladı
Bakının bəzi mağazalarında qiymət artımı müşahidə
olunmaqdadır.
ANS PRESS-in məlumatına görə, mağazalar dollarin məzənnəsinin
dəyişməsindən sonra bəzi məhsulların qiymətini qaldırıblar. Artım
əsasən tütün məmulatlarının qiymətində daha çox müşahidə
edilir.
Mağazaların bəziləri isə siqaret satışını ümumiyyətlə dayandırıb.
Bəzi marketlərdə isə 0,8 - 1 manata satılan siqaretlər 2 manat, 2
manat 10 qəpiyə təklif edilir.
Yayılan məlumatlara görə, şəhərin bəzi məişət texnikaları satan
mağazaları da qiyməti artırıblar. Artım 30 faiz civarındadır.
İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə bildirilib ki,
manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və
Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında
baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının
qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib.
Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq
qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il
tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta
məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19
AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində
müəyyən edilib.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI