• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Manat dollara qarşı revanş götürə bilər”

“Manat dollara qarşı revanş götürə bilər”

“Yaxın 2-3 gündə dollar almağa tələsməzdim”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Samir Əliyev öz Feysbuk səhifəsində çıxış edib. O, yaxın günlərdə manatın müəyyən revanş götürə biləcəyini deyib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Mərkəzi Bankın bu qərarından sonra Bakıda əksər satış müəssələrində məhsul bahalaşması qeydə alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR