Dollar ucuzlaşır
Bizi izləyin

Ekopublika.az

Dollar ucuzlaşır

Bir gün əvvəl bahalaşan dolların bu gün axşam saatlarında ucuzlaşdığı bildirilir.

ANS-in məlumatına görə, sosial şəbəkələrdə dolların manata nisbətən məzənnəsinin 96 qəpiyə düşdüyü iddia olunur. Hətta "20 yanvar" ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların 92 qəpiyə alındığı, 96 qəpiyə satıldığı deyilir. Bu məlumatı dəqiqləşdirməyə çalışırıq. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm