Azərbaycan neft məhsullarını yeni marşrutla ixrac etmək istəyir
Bizi izləyin

Ekopublika.az

Azərbaycan neft məhsullarını yeni marşrutla ixrac etmək istəyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracı üzrə yeni istiqaməti müəyyənləşdirib. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, söhbət neft məhsullarının Rusiya ərazisi ilə tranzitindən gedir.

Mənbə qeyd edib ki, hazırda ixracın Rusiyanın hansı limanları vasitəsilə həyata keçiriləcəyi məlum deyil, çünki bu, neft məhsullarının alıcılarından asılıdır.

Qeyd edək ki, ARDNŞ 2015-ci ilin yanvarında 127,33 min ton, 2014-cü ilin eyni dövründə isə 88,26 min ton neft məhsulları ixrac edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm