Problemli kreditlərin həcmi 1 milyard manatı keçdi
Bizi izləyin

Ekopublika.az

Problemli kreditlərin həcmi 1 milyard manatı keçdi

2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 30,9 milyon manat olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 26,5% çoxdur. Təkcə yanvarda isə problemli kreditlərin məbləği 5,6% artıb.
Problemli kreditlərin ümumi kredit portfelində payı isə həm son 1 ildə, həm də son 1 ayda 5,3%-dən 5,5%-ə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm