“Gənclik” stansiyasında çıxışlardan biri müvəqqəti bağlanıb
Bizi izləyin

Ekopublika.az

“Gənclik” stansiyasında çıxışlardan biri müvəqqəti bağlanıb

Metronun “Gənclik” stansiyasında kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı Tofiq Bəhramov adına stadion istiqamətdəki giriş-çıxış müvəqqəti bağlanıb.


Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.


Nəsimi Paşayev bildirib ki, stansiyanın digər giriş-çıxışları açıqdır, bağlı olan giriş-çıxış isə gələn həftənin ilk iş gününə qədər açılacaq.


Metropoliten təmsilçisi “Gənclik” stansiyasındakı keçidlərdə bir müddətdir təmir işlərinin görüldüyünü xatırladaraq bildirib ki, artıq yerdəki mərmərlərin dəyişdirilməsi prosesinə də başlanılıb.

AZƏRTAC



Oxumağa davam et
Reklam
Reklam

Gündəm