Yanvarda qeyri-neft məhsullarının ixracı artıb
Bizi izləyin

Ekopublika.az

Yanvarda qeyri-neft məhsullarının ixracı artıb

2015-ci ilin yanvar ayında dünyanın 99 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatı həyata keçirilib.

Publika.az xəbər verir ki, 55 ölkəyə əmtəə ixrac olunub, 91 ölkədən idxal həyata keçirilib. Xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 1959,4 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 1385,2 milyon dollar, idxalın həcmi 574,2 milyon dollar təşkil edib. Nəticədə 811,0 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16,0 faiz artaraq 124,2 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm