İlham Şaban: “Nabucco West” layihəsi Azərbaycan üçün maraqlı deyil”
Bizi izləyin

Ekopublika.az

İlham Şaban: “Nabucco West” layihəsi Azərbaycan üçün maraqlı deyil”

“Nabucco West” layihəsinin reallaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çərindir”.

Bunu Publika.az-a açıqlamasında Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

İlham Şaban hesab edir ki, Sofiyanın istəyi Azərbaycan qazının tranzitindən də əlavə dividentdlər əldə etməkdir: “Burada onların marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyəyə də müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir, onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın. Azərbaycanın isə TAP qarşısında öhdəliyi var.

“Şahdəniz“ konsorsiumu öz seçimini edəndə və TAP-la müqavilə bağlayanda öhdəlik götürüb ki, əvvəlcə 10 mlrd. kubmetr qaz, sonra isə 20 mlrd. kubmetr qaz verməyə borcludur. Həmin əlavə həcmlər isə “Şahdəniz-2” yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək. Bu baxımdan da Bolqarıstan üzərindən keçməklə Şərqi Avropa ölkələrinə uzanacaq yeni boru kəmərinə investisiya etmək heç də Azərbaycan üçün maraq doğurmur. Düzdür, biz qaz həcmlərimizi müəyyən həcmdə sata bilərik, ancaq yeni investisiya layihəsində investor kimi çıxış etməyimiz artıq məqsədəuyğun olmazdı”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı Bolqarıstanın baş naziri Boyko Borisov “Nabucco West” layihəsinin bərpa edilməsi təklifi ilə çıxış edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm