Rus milyarderlər az pul xərcləyir
Bizi izləyin

Ekopublika.az

Rus milyarderlər az pul xərcləyir

Ukrayna böhranı səbəbindən Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyaları ən çox rus milyarderlərə təsir edib. Belə ki, onlar xaricdə istirahətlərinin sayını belə azaldıblar.

Publika.az xəbər verir ki, rusiyalı zənginlərin, xüsusilə Avropaya istiqamətlənən tətillərini ləğv etmələri turizm və lüks əşya sektorunun gəlirlərini azaldıb. Bir çox markalar zərərə düşməmək üçün qiymətlərdə əhəmiyyətli endirimlərə başlayıblar.

Statistikadan bəlli olur ki, Fransada istirahət edən turistlərin sayı 30 faiz azalıb. İsveçrədə isə frankın digər valyutalara nisbətən 20 faiz dəyər qazanması rusları lüks əşya sektoruna küsdürüb.

Rusiyalı varlılar 2014-cü ildə 2013-cü ilə nisbətdə 6 faiz az pul xərcləyiblər. Aşağı istiqamətli gedişatın bu il də davam etməsi gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm