“Petkim” direktoru: “Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir”
Bizi izləyin

Ekopublika.az

“Petkim” direktoru: “Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir”

“Neftin ucuzlaşması və türk lirəsinin dollara nəzərən qiymətdən düşməsi emal və neft-kimya sektoruna da təsir edib”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin baş direktoru Sadəddin Qorqud deyib.

O qeyd edib ki, şirkət 2014-cü ili 4,13 milyard türk lirəsi (TL) gəlir, 94 milyon TL ümumi mənfəətlə başa vurub:

“Ötən il 3,25 milyard TL olan aktiv böyüklüyü bu il 17% artaraq, 3,79 milyarda yüksəlib. 45 ölkəyə həyata keçirilən xarici satışların həcmi 563,5 milyon dollara çatıb. Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir. Holdinqin zavodlarında potensial artım investisiyası və bütün kompleksdə planlı baxım proqramının uğurla həyata keçirilməsi nəticəsində mənfəət 8,7 milyon TL həcmində saxlanılıb. Yeni yatırımlar hesabına istehsal gücü 13% artıb”.

“Goldman Sachs” beynəlxalq investisiya bankının 250 milyon dollar müqabilində “Petkim” limançılıq hissələrinin 30%-nə ortaq olmasını vurğulayan baş direktor ötən il “Petkim”lə yanaşı digər sənaye şirkətlərinə xidmət göstərəcək yeni AR-GE Mərkəzinin açıldığını, İstanbul birjasında yalnız 6 sənaye şirkətinin yer aldığı Davamlılıq İndeksinə “Petkim”in də daxil olduğunu bildirib:

“Şirkət külək enerji stansiyası və “Petkim” konteyner limanı layihələrini müvəffəqiyyətlə davam etdirir. Böyüklüyünə görə Türkiyədə üçüncü, Egey bölgəsində isə birinci olan konteyner limanı inşasının iyul ayının sonunda tamamlanacağı bildirilir. Tezliklə tikintisinə başlanılacaq külək enerjisi stansiyasının inşasının da bu il tamamlanması nəzərdə tutulur. Stansiyanın ilk fazası işə düşdükdən sonra “Petkim”in elektrik enerjisinə olan ehtiyacının 12%-i yeni mənbədən ödəniləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm