Xoşbəxt Yusifzadə: “SOCAR layihələri təxirə salmayacaq”
Bizi izləyin

Ekopublika.az

Xoşbəxt Yusifzadə: “SOCAR layihələri təxirə salmayacaq”

“SOCAR müəyyən xərclərini azalda bilər. Amma o quyular ki qalmalıdır, o işlər ki görülməlidir, onlar mütləq görüləcək. Bu layihələr dayandırılmayacaq”.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə III Beynəlxalq “Caspian Energy Forum-2015”-də çıxışı zamanı bildirib.

O, dünya bazarlarında neftin qiymətlərinin azalmasına münasibətini açıqlayıb. Qeyd edib ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda neftin bir barelinin qiyməti 16 dollar olub:

"Bir ara isə neftin qiyməti 16 dollardan 100 dollara qədər artdı. Neftin qiymətinin qalxan vaxtı varsa, düşən vaxtı da olacaq. Neftin qiyməti bir gün qalxır, bir gün düşür. Bu gün neftin bir barelinin qiyməti 60 dollardır, bu, elə də kiçik rəqəm deyil".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm