Gəlirlərin 80 faizi hara gedir?
Bizi izləyin

Ekopublika.az

Gəlirlərin 80 faizi hara gedir?

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3543,8 milyon manat məbləğində istehlak malı satılıb.

Publika.az xəbər verir ki, xidmət müəssisələri tərəfindən 1076,7 milyon manatlıq pullu xidmət göstərilib. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,5 faiz, pullu xidmətlərin həcmi isə 5,1 faiz artıb. Ölkə sakinləri ticarət şəbəkəsindən 1775,1 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 1768,7 milyon manatlıq qeyri-ərzaq malları alıb. Bu da devalvasiyadan sonra əhalinin alış-verişi artırdığını göstərir.

Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təşkil edib.

2015-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəliri 3,7 faiz artaraq 618 manata çatıb. Gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm