BP TANAP-dan 12 faiz aldı
Bizi izləyin

Ekopublika.az

BP TANAP-dan 12 faiz aldı

Martın 13-də Türkiyədə BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP A.Ş.) konsorsiumu arasında sənəd imzalanıb.

Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla da britaniya şirkəti TANAP-ın səhmdarlarının tərkibinə daxil olub. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur. TANAP-da 58% SOCAR-a məxsusdir. 30% səhmlər isə Türkiyənin dövlət boru şirkəti BOTAŞ-ın payındadır.

Martın 17-də Türkiyənin Kars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçiriləcək. Bu mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı planlaşdırılıb. TANAP layihəsi ilə ilk qazın Şahdəniz-2 layihəsindən qəbulu 2018-ci ilin dördüncü rübünə təsadüf edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm