Bakı - Novorossiysk yenidən gündəmdə
Bizi izləyin

Ekopublika.az

Bakı - Novorossiysk yenidən gündəmdə

Bakı-Novorossiysk yenə işə düşür

ARDNŞ-dən Publika.Az -a verilən məlumata görə, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

“Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək”, - deyə ARDNŞ-in rəsmi məlumatında bildirilib. Bununla bağlı İqtisadçı – Ekspert İlham Şaban Publika.Az –a öz münasibətini bildirib.

“Bu, onu göstərir ki, ARDNŞ –ilə “Transneft” artıq kommersiya baxımından hər iki tərəfi qane edəcək razılığa gələ biliblər. Çünki, ayın 14 -ə qədər ARDNŞ informasiya yaymışdı ki, danışıqlar gedir və artıq ayın 15 –də ARDŞ, nefti Bakı – Tiflis ceyhana yönəltmişdi. Bu onu göstərirdi ki, o zaman razılıq əldə edilməmişdi.

Fevralın 15 –i, 16-ı və 17 –i Azərbaycan nefti Şimal boru kəməri ilə axırdı amma, bu üç gün Bakı – Tiflis boru xətti ilə daşınıb. ARDNŞ ilə “Transneft” arasında aparılan danışıqlar nəticəsində artıq yeni müqavilənin sazişləri razılaşdırıla bilib. Faktiki olaraq tərəflər arasında razılaşmayan yeganə məsələ, indiki şəraitdə bircə tarif idi.

Yəni, 1 tonun daşınması üçün Rusiya tərəfindən ARDŞ –a hər ton üçün 15 dollar 67 sent ödənilirdi. Bu, 1996 –cı ildə tərəflər arasında razılaşdırılmış tarif idi və bu günə kimi dəyişməz olaraq qalırdı. Son iki ildə daim bu tariflərin dəyişərək artırılmasını Azərbaycan tərəfindən Rusiya tələb edirdi.

Rusiya tərəfinin sızdırılmış informasiyasına inansaq, Rusiya tərəfi tariflərin iki dəfə artırılmasında maraqlı idi. Azərbaycan tərəfi, iki dəfə olmasa da, buna yaxın bir rəqəmlə razılaşıb ki, Rusiya tərəfi bununla Azərbaycan neftini daşımağa razı olub. Bu da, Azərbaycan tərəfinin hazırki şəraitdə qane edib.

Çünki, ARDNŞ belə bir məsələyə toxunub ki, bu tək neftinin daşınması deyil, həm də Azərbaycan strategiyasına uyğun olaraq çox şaxələnmiş nəqletmə məsələsidir. Yəni, həm şimala, həm qərbə, həm də əsas boru kəmərindən də istifadə edilir”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm