Rabitə sektorunda əhaliyə göstərilən xidmətlər artıb
Bizi izləyin

Ekopublika.az

Rabitə sektorunda əhaliyə göstərilən xidmətlər artıb

İnformasiya və rabitə sektorunda 2015-ci ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,0 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3 faiz təşkil edib. Xidmətlərdən əldə olunan gəlirlərin 53,7 faizi mobil telefon rabitəsinin payına düşür. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9 faiz artaraq 136,8 milyon manat təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm