Ekopublika.az
Dollarla verilən kreditlər qanunsuzdurmu? - VİDEO
Manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra bankların bəziləri vətəndaşlara krediti yalnız dollarla verməyə başladı. Bunun səbəbi kimi isə insanların bankdakı əmanətlərini dollara çevirdiyi göstərildi. Yəni banklar vəsaiti dollarla qəbul etdiklərinə görə, dollarla da verməyə məcbur olduqlarını dedilər. Amma bu məsələ birmənalı qarşılanmır. Hüquqşünaslar isə bunu qanunazidd sayır.
ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın açıq valyuta mövqeyinə
qoyulan limitləri ləğv etməsilə banklar krediti istədikləri
valyutada vermək məsələsində daha da sərbəstlik qazandı. Yəni indi
nə qanunlar, nə də heç bir normativ sənədlər banklara məhdudiyyət
qoyur. Belə olan vəziyyətdə isə müştərilər seçim sərbəstliyini
itirir. Bir sıra ekspertlər bunu qanunların boşluğu hesab edir.
Məsələn, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, həm Mülki
Məcəllədə, həm də Konstitusiyada ölkənin valyutası manat
göstərilib. Buna görə, bankların krediti dollarla verməsi doğru
deyil.
Qanunverici orqanda isə fərqli düşünürlər. Milli Məclisin
iqtisadi-siyasət komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov deyir
ki, bu boşluq deyil. Sadəcə bundan əvvəl kreditin hansı valyutada
olmasının fərqinə varmadan dollarla kredit götürən vətəndaşlar
devalvasiya zamanı baş verənlərdən dərs çıxarmalı və daha diqqətli
olmalıdır.
“Qanunda boşluq yoxdur. Hər zaman qeyd etmişəm ki, vətəndaşlar
imzalanan müqavilələrə diqqət etsinlər. Müqavilələrdə hər bir şey
öz əksini tapıb. Çünki banklar öz mənafelərinin daha çox müdafiə
etmək istəyir. Məhz vətəndaşlar müqaviləni imzalamadan öncə yaxşı
olar ki, oxusunlar”, – deyə Vahid Əhmədov bildirib.
Müqavilə ilə razılaşmayan vətəndaş digər banka müraciət edərsə, bu
zaman banklar arasında müştəri uğrunda rəqabət yaranar. Nəticədə,
banklar müştərini itirməmək üçün manatla da kredit verməyə məcbur
olarlar.
Nəzərə alsaq ki, kiçik bir ölkə olan Azərbaycanda 45 bank var.
Deməli vətəndaşlar daha düşünülmüş qərar verə və seçim edə
bilərlər. Artıq bəzi banklar yaranmış vəziyyətdən yaxşı marketinq
imkanı kimi yararlanaraq manatla kredit verdiklərini reklam etməyə
başlayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!