AİB: “Devalvasiya büdcə gəlirlərini artıracaq” - PROQNOZ
Bizi izləyin

Ekopublika.az

AİB: “Devalvasiya büdcə gəlirlərini artıracaq” - PROQNOZ

Asiya İnkişaf Bankı 2015- ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempini 3 faiz proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, bank bu barədə ”Asian Development Outlook 2015” hesabatında bildirib. Xatırladaq ki, 2014-cü ilin sentyabrında AİB 2015-ci il üçün Azərbaycanda ÜDM - in həcmini 4,8 faiz proqnozlaşdırırdı. 2016- cı ildə isə qurum bu rəqəmi 2,8 faiz gözləyir. Bankın proqnozlarına əsasən neft sektorunda azalma cari ildə 2,5 faiz, 2016- cı ildə 1,6 faiz olacaq.

2015-2016-cı illərdə Azərbaycanda kənd təsərrüfatı sektorunun artımı 5%, xidmət sektorunun artımı bu il üçün 8%, gələn il üçünsə 6,5% proqnozlaşdırılır. AİB həmçinin Azərbaycan üzrə inflyasiya proqnozunu da yüksəldib. Bank 2015-ci ildə Azərbaycanda 6% inflyasiya proqnozlaşdırır. Hansı ki, sentyabr ayında açıqladığı hesabatda bu rəqəm 3,5% idi. 2016-ci il üçün inflyasiya gözləntisi 5,5%-dir.

Bank onu da bildirir ki, fevral ayında manatın 33,5 % devalvasiyası büdcə gəlirlərini artıracaq. Neftin qiymətinin düşməsindən azalan büdcə daxilolmalarını kompensasiya edəcək. Dövlət zəmanəti ilə xarici borc 2015 - 2016-cı illərdə ÜDM - in 8 - 9% ətrafında qalacaq. Cari ildə ixrac 15 faiz azalacaq, 2016 -ci ildə bu rəqəm 6 faiz təşkil edəcək. İdxal isə 16,7 faiz düşəcək. 2016 -cı ildə azalma 7,1 faiz olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm