• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

SOCAR Novorossiyskdən neft ixracını təqribən 70 faiz artırıb

SOCAR Novorossiyskdən neft ixracını təqribən 70 faiz artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin mart ayında 119 min 382 ton dizel yanacağı və 31 min 341 ton təyyarə yanacağı ixrac edib.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 2015-ci ilin yanvar-mart ayları ərzində 284 min 609 ton dizel yanacağı, 63 min 811 ton təyyarə yanacağı və 178 ton soba mazutu (ümumilikdə 348,6 min ton neft məhsulları) ixrac edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11,5 faiz çoxdur.

2015-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 592,36 dollar, təyyarə yanacağının - 539,78 dollar, dizel yanacağının - 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti isə 306,38 dollar təşkil edib.

Mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,93 dollara, Urals nefti - 55,07 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,33 dollara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin mart ayında Novorossiysk limanından 169 min 470 ton (ötən ilin martında 84,69 min ton), Supsa limanından 254 min 3 ton (242,1 min ton), Ceyhan limanından isə 1 milyon 226 min 280 ton xam neft (1,7 milyon ton) ixrac edib.

Ümumilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 min 785 ton (ötən ilin analoji dövründə 254,33 min ton), Supsa limanından 762 min 290 ton (807,183 min ton), Ceyhan limanından isə 4 milyon 554 min 399 ton xam neft (4,69 milyon ton) ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR