• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sosial ipotekaya kimin əli çatıb - zabitlər birinci, alimlər sonuncudur - RƏQƏMLƏR

Sosial ipotekaya kimin əli çatıb - zabitlər birinci, alimlər sonuncudur - RƏQƏMLƏR

İndiyə qədər ölkədə 3250 ədəd sosial ipoteka krediti verilib.

Publika.az İpoteka Fonduna istinadən bildirir ki, ipoteka kreditlərinin 38,8 faizi dövlət büdcəsi hesabına, 61,2 faizi istiqrazların yerləşdirilməsi nəticəsində maliyyənləşdirilib. Borcalanların aylıq gəlirlərinə görə pay bölgüsünə gəlincə, 33,9 faizin gəliri 1100 manat, 22 faizin gəliri 700-900 manat, 15 faizin gəliri 900-1000 manat olub. Borcalanların 57,3 faizi özəl sektorda işləyir.

O ki qaldı güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsünə, hərbi qulluqçular daha çox proqramdan yararlanıb. Kredit alanlar arasında hərbi qulluqçuların çəkisi 80 faiz, məcburi köçkünlər 7,9 faiz, dövlət qulluqçuları 8,1 faiz, elmlər namizədi 2,1 faiz, idmançılar 1,4 faiz olub. İpoteka istifadəçilərinin 93 faizi çöxmənzilli binada ev alıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR