Xəzərdə külək parkları inşa ediləcək
Bizi izləyin

Ekopublika.az

Xəzərdə külək parkları inşa ediləcək

Azərbaycan Xəzərdə külək parkları yaratmaq məqsədilə dənizin akvatoriyasının öyrənilməsi işlərinə başlayıb.

Bu barədə Trend-ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sistemi qonşu ölkələrin analoji sistemləri ilə sıx əlaqəlidir və bu, elektrik enerjisinin həm ixracı, həm də idxalı üçün imkanlar yaradır: “Elektrik enerjisi sahəsində davamlı inkişaf Azərbaycanın ixrac potensialını artıracaq. Generasiya güclərimizi artıra biləcəyimiz sahələrdən biri də alternativ enerji mənbələridir".

C.Məlikov qeyd edib ki, enerji gücü baxımından Xəzər dənizinin ofşor zonası böyük potensiala malikdir: “Xəzərin ofşor zonasında böyük külək potensialı var. Burada sərəncamımızda olan böyük məkanda külək parkları inşa edə bilərik. Məhz bu məqsədlə Xəzər akvatoriyasının öyrənilməsinə başlanılıb və bu işlər uğurla davam etdirilir”.

Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2 min meqavat təşkil edir. Alternativ və bərpa olunan enerji mənbələrinin ümumi potensialı isə 12 min meqavatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm