BANM-la “Confidence Capital” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı
Bizi izləyin

Ekopublika.az

BANM-la “Confidence Capital” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı

Bu gün Bakıda VIII Xəzər Neft-Qaz, Ticarət Nəqliyyat Konfransı öz işinə başlayıb.

Publika.az-ın məlumatına görə, artıq 8-ci ildir keçirilən builki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifələrini müvəqqəti icra edən Vaqif Qurbanov Azərbaycan neft-qaz sənayesinin tarixi haqqında qısa məlumat verib.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın məqsədi və keçirilmə səbəbləri haqqında danışıb.

O bildirib ki, əgər əsrin müqaviləsi ötən əsrin şah əsəri - müqaviləsi idisə, bir müddət əvvəl imzalanan “Şahdəniz 2” müqaviləsi bu əsrin müqaviləsidir.

Konfrans zamanı Bakı Ali Neft Məktəbi ilə “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Qeyd edək ki, konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcəyi deyilir. Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm