Taner Yıldız: “Türkiyə və SOCAR TANAP-da hissələrini sata bilər”
Bizi izləyin

Ekopublika.az

Taner Yıldız: “Türkiyə və SOCAR TANAP-da hissələrini sata bilər”

“TANAP-da həm Türkiyənin, həm də SOCAR-ın hissələrinin sərfəli kommersiya şərtləri olarsa, strateji iş birliyi nəzərə alınmaqla sata bilərik”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız İranın TANAP-a qoşulması ehtimalını şərh edərkən deyib.


T. Yıldız hazırda müxtəlif ölkələrin TANAP-a maraq göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həm iqtisadi, həm də strateji baxımdan qiymətləndirmələr aparıldıqdan sonra hər hansı qərar vermək mümkündür.


Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də İranın TANAP-da pay sahibi olmaq istədiyini qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm