Mərkəzi Bankdan təkzib: "Qadağan etməmişik"
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankdan təkzib: "Qadağan etməmişik"

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm