Mərkəzi Banklar avrodan imtina edir
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Banklar avrodan imtina edir

Dünyanın mərkəzi bankları vahid Avropa valyutasının dəyərdən düşməsindən ehtiyat edərək özlərinin valyuta ehtiyatlarında avronun payını azaldırlar.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dünyanın mərkəzi banklarının valyuta ehtiyatlarında avronun payı keçən ilin bütün kvartallarında azalaraq ilin sonunda 22,2 faiz təşkil edib. Halbu ki, 2009-cu ildə bu göstərici 28 faiz idi.

Goldman Sachs və Citigroup kompaniyalarının analitikləri 2015-ci ilin sonlarına doğru avronun 1 dollardan da aşağı düşəcəyini istisna etmirlər.

Bu arada mərkəzi bankların ehtiyatlarında ABŞ dollarının payı keçən ilin oktyabr-dekabr aylarında 62,4 faizdən 62,9 faizə qədər yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm