Devalvasiyadan qorunmaq üçün yeni valyuta...
Bizi izləyin

Ekopublika.az

Devalvasiyadan qorunmaq üçün yeni valyuta...

Beynəlxalq Valyuta Fondu yeni "Dot Money” virtual valyutasını təqdim edib.

“Dot Money” virtual valyuta olmaqla "Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.

Bildirilir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.

“Bitcoin” valyutasından fərqli olaraq “Dot Money” hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.

Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm